QR CodeQR Code

Dini təşkilatlar artmalıdır

HaqqYolu , 5 Feb 2011 08:07

IslamTimes - Müxbirimiz Samir Tacın Bakıdan verdiyi məlumata əsasən, Azərbaycan İslam Partiyasının 7 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.


Bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasında tolerantlığın hökm sürdüyü, din və etiqad azadlığı, bütün dinlərin bərabər inkişafı üçün hərtərəfli təminatların yaradıldığı bir şəraitdə, rəsmi dövlət qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərən, məlum xarici dövlətin əlaqədar dairələrinin təsiri altında olan, ənənəvi islam ideyalarından açıq-aşkar kənara çıxmaqla gəncləri öz ətrafında birləşdirmək üçün hər cür vasitələrə əl atan İslam Partiyasının üzvləri tərəfindən hakimiyyətə qarşı itaətsizliyə və mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar səsləndirilib. Başlanmış cinayət işinin istintaqı gedişində barələrində həbs qətimkan tədbiri seçilmiş 7 partiya tərəfdarının yaşadıqları və qərargah kimi istifadə olunan ünvanlarda keçirilən axtarışlar nəticəsində çoxlu sayda silah və döyüş sursatı aşkar edilərək götürülüb. Tapşırıq verilib ki, bu cinayət işinin qısa müddətdə yüksək peşəkarlıqla istintaq olunması, bütün əlaqədar şəxslər aşkar edilməklə onların məsuliyyətə cəlb edilməsi təmin olunsun.
Müxbirimiz ayrı-ayrı politoloqlara dini təşkilatlara qarşı həssaslığın əsas səbəbi ilə bağlı sual ünvanlayıb. M.Əhmədov bildirib ki, əgər ölkədə dini partiyaların sayı artsa, bu həssaslıq aradan qalxar. Partiyaların qeydiyyatdan keçməsi mühüm deyil, əsas odur ki, bu təşkilatlar cəmiyyət tərəfindən qəbul edilmiş insanlar tərəfindən təsis edilsin.


Story Code: 53334

News Link :
https://www.islamtimes.org/az/news/53334/dini-təşkilatlar-artmalıdır

Islam Times
  https://www.islamtimes.org