0
Saturday 5 February 2011 - 09:12

“Mübarək, Tel-Əvivə evvinə qayıt!”

Story Code : 53344
“Mübarək, Tel-Əvivə evvinə qayıt!”
“Mübarək, Tel-Əvivə evvinə qayıt!”
Islam times.org/az/ - İngiltərənin “The Guardian” qəzetində “Misir sarsılsa İsrail titrəyəcək” başlıqlı bir yazıda, "Mübarəkin yerini “Müsəlman Qardaşlar” (ixvan al-muslimin) alarsa İsraillə imzalanan sülh müqaviləsi cırılıb atılacaq. Qəzzaya gedən tunellər nəzarətsiz qalacaq və İsrail İslamçı bir &ccedi
;evrəyə alınacaq" kimi bir məqalə dərc olunmuşdur.

Misir Dövlət Başçısı Hüsnü Mübarəkin sentyabr ayında prezidentliyə namizəd olmayacağı təklifi etirazçıları təmin etmədi. İndi Misirdə nə baş verəcəyi hər kəs tərəfindən maraqla
özlənilməkdədir. Guardian yazarı Jonathan Freedland isə Misirdəki hadisələri İsrail baxımından şərh edən bir məqalə qələmə alıb.

"Misir sarsılsa, İsrailin titrəməsi təəccüblü deyil" başlıqlı yazıda Freedland, İsrailin hadisələri Misirin ikinci bir İran ola biləcəyi narahatlı
ıyla izlədiyinə diqqət çəkərək Orta Şərqdə sülhün ancaq demokratiyayla gələ biləcəyini vurğulayır.


"İsraillilər indiki rejim getsə yerini İslamçıların almasını gözləyir. İsraillilərin başını ağrıdan ssenari də budur: Mübarək gedərsə onun yerini Müsəlman Qardaşlar hakimiyyətindəki qüvvələr alacaq.

Təhrir Meydanında Mübarəkə “Tel Əvivə evinə qayıt” deyərək çığıran kütlənin sevdiyi rejimin ilk işi İsraillə imzalanan sülh müqaviləsinin cırıb atmaq olacaq. Misir təhlükəsizlik qüvələri Qəzzanin altından keçən tunellərə nəzarət etməyəcək. Əksinə Həmasa həm Misirdən həm də İrandan istədiyi qədər silah gətirmə icazə verəcək. Bununla da İsrail İslamçı müsəlmanlar tərəfindən mühasirəyə alınacaq. Şimaldan Livanda Hizbullah, Qərbdən Qəzzadə Həmas və Cənubdan Misirdə Müsəlman Qardaşları."
Translator :
Source : The Guardian
Comment