QR CodeQR Code

Türkmənistanda 7 məscid söküldü - "qanunsuz tikili" bəhanəsilə...

Islamazeri , 15 Apr 2016 00:24

Islamtimes - Türkmənistan höküməti bir neçə il ərzində paytaxtda "qanunsuz tikili" adı ilə 7 məscid söküb


İslamazeri.az-ın "İslam Today" portalına istinadən verdiyi xəbərə görə, Türkmənistan höküməti “Əqsa" adlı məscidin sökülmə qərarını verib.

Aqxabad şəhər idarəsindən verilən məlumata əsasən, sökülmüş məscid müvafiq sənədlər olmadan tikilibmiş. Sökülmüş “Əqsa” məscidi 1993-cü ildə dindarların etdiyi ianələr hesabına inşa edilibmiş. Məlumata görə, məscid kobud şəkildə buldozerlə sökülüb.

Məscidlərin sənədləşdirilməsini həyata keçirmək əvəzinə, müsəlman bir dövlətdə məscidin sökülməsi anlaşılan deyil.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. (Bəqərə surəsi 114-cü ayə)


Story Code: 533471

News Link :
https://www.islamtimes.org/az/news/533471/türkmənistanda-7-məscid-söküldü-qanunsuz-tikili-bəhanəsilə

Islam Times
  https://www.islamtimes.org