QR CodeQR Code

Barak Obama Misir üçün yenidən Ərdoğana zəng edib

5 Feb 2011 10:04

IslamTimes - ABŞ prezidenti Barak Obamanın Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana Misir hadisələrilə bağlı yenidən zəng etdiyi bildirildi.


Ağ Evdən verilən yazılı açıqlamada bildirilir ki, Obamanın Ərdoğanla etdiyi son telefon danışığında ABŞ-ın müttəfiqləri arasında məsləhətləşmələrdən biri də baş tutub, - Türkiyənin Milliyyet qəzeti xəbər verir. Açıqlamada bildirilir ki, hər iki lider Misirdə baş verən hadisələri müzakirə ediblər. Obama və Ərdoğan arasındakı son telefon müzakirəsində Misir xalqının istəklərinin gerçəkləşdirəcək gələcəklə bağlı ortaq cəhətləri bölüşdükləri qeyd edilir. “Ağ ev”in açıqlamasında qeyd edilir ki, ABŞ prezidenti və Türkiyə baş naziri hər iki ölkə arasında Misirin gələcəyi ilə bağlı məsləhətləşmələri davam etdirməyə razılıq verib.



Story Code: 53353

News Link :
https://www.islamtimes.org/az/news/53353/barak-obama-misir-üçün-yenidən-ərdoğana-zəng-edib

Islam Times
  https://www.islamtimes.org