0
Saturday 5 February 2011 - 11:47

"Hicab Allahın əmridir"

Story Code : 53373
"Hicab Allahın əmridir"
"Hicab Allahın əmridir"
Türkiyənin dini işlər idarəsinin rəhbəri jurnalistlərlə keçirdiyi yığıncaqda hicab haqqında önəmli açıqlamalar verib.
İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin dini işlər idarəsinin rəhbəri Mehmet Görmez "Bilkent" Hoteldə jurnalistlərlə bir araya gəlib.
Jurnalistlərə açıqlamasında o Türkiyənin dini işlər idarəsinin 1993-cü ilin 3 fevralda Qurani Kərimin Nur surəsinin 31-ci ayəsinə əsasən çıxardığı "Hicab Allahın əmridir" fətvasının hələ də qüvvədə olduğunu bildirib.
Orta məktəblərdə və Ali Təhsil Ocaqlarında hicabla dərsdə iştirakına qoyulan qadağanın insan haqlarına, ölkə konstutusiyasına və Atatürk qanunlarına zidd olduğunu bildirən Görmez sözlərini belə davam edib: "Əgər qadınlarımız şəriətə uyğun ictiami yerlərdə, incəsənət sahəsində və digər yerlərdə iştirak edərlərsə, millətin ən təəssübkeşi belə təqdirdən özündən məni (sperma) xaric etməz" (Yəni günaha mürtəkib olmazlar).
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hicabla bağlı son sözü deməyə ancaq Türkiyənin dini işlər idarəsinin haqqı olduğunu önə çəkmişdi. /İslam-Azeri/
Comment