QR CodeQR Code

Səud şahzadəsi: İranın şərqindəki qruplaşmaları silahlandırdıq

Islamazeri , 17 Apr 2016 15:29

İslamtimes - Səudiyyə Ərəbistanının sabiq vəliəhdi, şahzadə Mukrin bin Əbdüləziz xəstəxanada İranla bağlı şok etiraflar edib


İslamazeri.az xəbər verirki, Türkiyənin Yaxın Şərqlə bağlı araşdırma mərkəzi olan "YDH" bu xəbəri Kuveytin "Əl An" qəzetinə istinadən yayıb.

Məlumata görə, Riyad xəstəxanasının "Kral Faysal" xəstəxanasında müalicə alan şahzadə Əbdürrəhman bin Əbdüləzizin ziyarəti zamanı şahzadə Turki bin Nasir bin Əbdüləziz və digər Səudiyyə şahzadələri, sabiq vəliəhd Mukrin bin Əbdüləzizin, Səudiyyə Ərəbistanının İranın şərqindəki müxalif qruplaşmaları silahlandırmasından narahatlığını dilə gətirib.

Şahzadə Turki bin Nasir, sabiq vəliəhd Mukrin bin Əbdüləzizdən nəql edərək Səudiyyə Ərəbistanının C-130 tipli təyyarələrlə Pakistanın İranla sərhəd Bəlucistan vilayətinin Dalbəndin hava limanına 5 dəfə silah nəql etdiyini və bu silahların İrana müxalif qruplara verildiyini bildirib.

İranın Əhvaz şəhərindəki müxalif qrupların da Səudiyyənin Küveyt üzərindən silahlandırdığını açıqlayan Mukrin bin Əbdüləziz, İranın Səudiyyə Ərəbistanına bənzər cavab verməsindən narahat olduğunu bildirib (red: yəni İran da buna cavab olaraq Səudiyyədəki şiəlri silahlandıra bilər).

Kral Abdullah dönəmində Salmandan sonra ikinci vəliəhd olan Mukrin bin Əbdüləziz Salmanın kral olmasından sonra vəliəhdliyə yüksəlmiş, lakin Salman bin Əbdüləzizin kral olmasından 4 ay sonra qardaşı Mukrin bin Əbdüləzizi vəliəhdlikdən uzaqlaşdıraraq Muhəmməd bin Naifi vəliəhd, öz oğlu Muhəmməd bin Salmanı isə ikinci vəliəhd təyin etmişdi.


Story Code: 533891

News Link :
https://www.islamtimes.org/az/news/533891/səud-şahzadəsi-iranın-şərqindəki-qruplaşmaları-silahlandırdıq

Islam Times
  https://www.islamtimes.org