0
Monday 18 April 2016 - 15:28

Jirinovski: “Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır”

Story Code : 534061
Jirinovski: “Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır”
Bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, bu konflikt ikitərəfli qaydada həll edilə bilməz:

“Bu konflikti nə Minsk Qrupu, nə fransızlar, nə amerikalılar həll edəcəklər. Məsələ ilə bağlı yekun qərarı yalnız Rusiya prezidenti qəbul edə bilər. Rusiya bu regionda həmişə farslarla, türklərlə savaşıb, həmçinin erməniləri müdafiə edib. Azərbaycanı biz almamışıq. Onu bizə İran şahı rus səfirinin öldürülməsinə qarşı kompensasiya olaraq verib. Biz Azərbaycanı fəth etməmişik. Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır, əks təqdirdə onlar daha 1000 il belə savaşacaqlar. Əgər Moskva Qarabağı Ermənistana vermək haqqında qərar qəbul etsə, Azərbaycan Türkiyə ilə hərbi müqavilə bağlayacaq və türk hərbi bazaları Dağıstan sərhədində peyda olacaqlar. Dağıstan da həmçinin türkdilli ölkədir. Dağıstan əldə olunsa, bütün Şimali Qafqazda onların təsiri artacaq. Sosialist inqilabına qədər onsuz da burada hər kəs türkcə danışırdı. Türkiyəyə imkan vermək lazım deyil ki, Azərbaycanı öz yanına çəksin. Biz Kürdüstanın yaradılmasını dəstəkləyib, Qərbi Ermənistandakı erməni torpaqlarını geri qaytarmalıyıq. Belə olsa, Qarabağ məsələsi dərhal həll olacaq. Bu 21-ci əsrin ortalarının məqsədidir. Türkiyəyə hər kəs - ruslar, bolqarlar, kürdlər, yunanlar, iraqlılar nifrət edirlər. O, hər kəsə maneə yaradır. Onlar köçəridirlər və Orta Asiyaya geri qayıtmalıdırlar”./axar/
Source : Axar.az
Comment