QR CodeQR Code

Ayətullah Xamenei: Hizbullah İslam dünyasının qürurudur

Maide , 20 Apr 2016 23:59

Islamtimes - Ali Rəhbər Ayətullah Xamenei bu gün ölkənin Məktəblilərin İslami Dərnəklərinin Birliyinin üzvləri ilə görüşüb.


Ali Dini Lider Ayətullah Xamenei bildirib ki, İslam Quruluşu ilə düşmən olan cəbhə iranlı gənclərin dini və inqilabçı şəxsiyyətini dəyişməyə, ümid, sevinc və maraq kimi hissləri onların əlindən almağa çalışır. “Bu hücumun qarşısını almağın yeganə yolu isə "yumşaq müharibə əsgərləri" olaraq dindar, inqilabçı, ayıq, şücaətli və fədakar gənclərin yetişdirilməsidir.”

Ayətullah Xamenei bildirib ki, İslam Quruluşu ABŞ və İsrail rejiminin başçılıq etdiyi hegemonçuluq quruluşu ilə mübarizə edir. “Ölkənin siyasi, iqtisadi və mədəni baxımdan müstəqilliyi bu mübarizə meydanlarından biridir. Belə ki, böyük qüdrətlər əcnəbilərin nüfuzu və zorakılığı qarşısında müqavimət göstərmək və öz müstəqilliyini müdafiə etmək istəyən ölkələr qarşısında dayanırlar. Çünki, belə bir inkişaf və müstəqillik daha sonra digər ölkələr və xalqlar üçün "nümunə" olacaq.”

Ayətullah Xamenei İranın Qərbi Asiya regionu və dünyadakı güclü iştirakını, Fələstin, müqavimət və İslami-İrani həyat tərzi kimi mövzuları hegemonçuluq quruluşu ilə İslam Respublikası quruluşu arasındakı digər ixtilaflı sahələrdən biri olduğunu vurğulayıb və deyib: “Əgər bir ölkədə Qərb üslubunda yaşam tərzi formalaşarsa, həmin ölkənin istedadlı gəncləri hegemonçuluq quruluşunun siyasətləri qarşısında təslimçilik nümayiş etdirir.

Ayətullah Xamenei bildirib ki, bəzən bizi müharibə və bombardman ilə təhdid edirlər.”Bu sözlər boş sözlərdir. Çünki, buna cürət edə bilməzlər. Əgər, bir zaman belə bir iş görmüş olsalar belə, ağızlarının payını alacaqlar.”

Ayətullah Xamenei 37 ildən sonra hegemonçuluq quruluşunun hələ də İran İslam Respublikasını məhv etməyə və ya onun inkişafına mane olmağa nail olmadığını bildirib və deyib: “Livan Hizbullahına qarşı əməldə atılan addımlara və geniş təbliğatlara baxmayaraq, bu gün Livan Hizbullahı İslam Dünyasındakı varlığını nümayiş etdirib və onun azğın, neftdən asılı və içi boş bir dövlət tərəfindən kağız üzərində məhkum edilməsinin heç bir dəyəri yoxdur.”

Ayətullahülüzma Seyid Əli Xamenei sionist rejimin 33 günlük müharibədə Livan Hizbullahı qarşısında məğlub olmasına xatırladıb və bu qələbəni 3 ərəb ölkəsinin İsrail ordusu qarşısında məğlub olması ilə müqayisə edərək bildiirb ki, Livan Hizbullahı və onun mömin cavanları bu gün bir günəş kimi parıldayır və İslam Dünyasının qürurdurlar.

Ayətullah Xamenei bildirib ki, həqiqət mümkindir ki, çətinliklərlə üzləşsin amma sonda qələbə qazanacaq.
Ayətullah Xamenei məktəblilərə Rəcəb ayında öz mənəviyyatlarını gücləndirmək üçün istifadə etməyi tövsiyyə edib.

“Rəcəb, Şəban və Ramazan ayları mənəviyyat baharıdır. Siz də öz ömrünüzün baharını yaşayırsız. Bu mənəvi bahardan
istifadə edinvə Allahı zikr edin, dualardan istifadə edin, Quran tilavət edin, namazı əvvəl vaxtda qılın, günhalardan çəkinin və yaxşı əxlaq sahibi olun”.

Ayətullah Xamenei bildirib ki, İslam Respublikası gənclərin aktiv və təsiredici ünsürə çevrilməsini istəyir./maide/





Şərhlərə bax və Şərh yaz
Şərh et

Şərhlərinizdə qarşı tərəfi alçaldacaq ifadələrə yer verməməyiniz zəruridir. Əks təqdirdə şərh ya ixtisar ediləcək, ya da səhifəyə çıxarılmayacaq.
E-poçt:
Adınız:
Nəzəriniz:
Kodu yenilə
Şəkildəki kodu yazın:


Story Code: 534484

News Link :
https://www.islamtimes.org/az/news/534484/ayətullah-xamenei-hizbullah-islam-dünyasının-qürurudur

Islam Times
  https://www.islamtimes.org