Misir müxalifəti bazar günü yenidən “milyonların marşı” adı altında etiraz aksiyası keçirməyi planlaşdırıb və öz tərəfdarlarını Qahirənin Təhrir meydanında toplanmasına çağırıb. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, müxalifət liderləri elan ediblər ki, gələn həftə onlar üçün “dayanıqlılıq zamanı” olacaq. Müxalifət “milyonların marşı”nı bazar, çərşənbə və cümə günü keçirəcəyini elan edib.