0
Monday 25 April 2016 - 22:23

Amerika Rusiyaya qarşı xərcləri 4 dəfə artırır

Story Code : 535254
Amerika Rusiyaya qarşı xərcləri 4 dəfə artırır
ABŞ Avropada Rusiyaya qarşı xərcləri 4 dəfə artırmaq qərarına gəlib. ABŞ Konqresi prezident administrasiyasının müraciəti əsasında avropalı müttəfiqlərə hərbi yardımı 4 dəfə artırmağı planlaşdırır. Pentaqonun 2017-ci il üçün büdcəsi barədə The Hill qəzeti xəbər verib. Qanun layihəsində Avropada təhlükəsizliyin təmininə 3,4 mlrd dollar büdcə ayırmaq təklif olunur. Bu məbləğ Obama administrasiyasının istədiyi məbləğdir və ötən ilkindən 4 fədə çoxdur. Konqresin nümayəndələr palatasının silahlanma üzrə komitə üzvü Adam Smit deyib: Bizim Şərqi Avropada hərbi qüvvə yerləşdirmək üçün vəsaitimiz var. Bununla müttəfiqlərimizə dəstəyimizi namyiş etdirmiş olarıq. Sənəddə həm də Ukraynanın təhlükəsizliyi üçün Kiyevə 150 mln dollar ayırmaq nəzərdə tutulur. Ağ Ev Avropada daha bir zirehli tank briqadası yerləşdirmək istəyir. Hazırda Avropada iki belə briqada var. Konqresmenlər Rusiyaya qarşı hərbi təyyarə və hərbi gəmilərin də sayını artırmaq istəyir. Vircinyadan respublikaçı konqresmen Rendi Forbs hərbi-dəniz qüvvələri komitəsinə rəhbərlik edir. Forbs yeni gəmilər istehsalına 20, 6 mlrd ayırmağı təklif edir. Bu halda gəmilərin sayı 272-dən 350-yə çatacaq.
Comment