QR CodeQR Code

“BIN LADEN” ABŞ FIQURU

İslam-Azeri.az , 20 May 2009 19:18

İslam-Azerinin Türkiyə mətbuatına istinadlı xəbərinə görə, Pakistanın prezidenti Asif Əli Zerdari, Əl Qaidə lideri Ben Ladenin amerikan fiquru olduğunu açıqlayıb.


ABŞ Pakistanı parçalanması üçün hücumları artdırdıqca Asif Əli Zərdari çox dəqiq siyasi mesajlar verməyə başlayıb.

Zərdari Talibanı və Əl Qaidəni CIA (Amerika Mərkəzi Kəşfiyyat İdarəsi) yaratdığını da açıqlayıb.

Mətbuat konfransında çıxış edən Zərdari, Pakistan hərbiçilərinin ABŞ ordusu ilə birlikdə Əfqanıstan dağlarında əməliyyat keçirdiyini, Pakistan ordusunun Tora Bora dağlarında Usamə ben Ladeni həbs etdiyini Amerikan hərbiçilərinə təslim etdiyini, lakin qısa müddət sonra ABŞ əsgərlərinin onu azadlığa buraxdığını vurğulayıb.

Zərdarinin yoldaşı Benazir Bhuttonun baş nazir olduğu dövrdə ABŞ hökumətinin səhvlərini və cinayətlərini aşkara çıxardığına görə sui-qəsd edildiyi önə çəkilib.

2001-ci ilin dekabr ayında yəni 11 Sentyabrdan üç ay sonra yaxalanan Ladinin indi yaşadığına inanmadığını önə çəkən Zərdari CIA-nın (MKİ) səkkiz ildir Ladindən xəbərinin olmadığını deyib.

Zərdari, əlavə olaraq Vaşinqton və müttəfiqlərinin Ladinin Tora Bora dağlarında gizləndiyinə dünyanı bu mövzuda inandırmaqda əsl məqsədin başqa planlar olduğunu vurğulayıb.

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 5357

News Link :
https://www.islamtimes.org/az/news/5357/bin-laden-abş-fiquru

Islam Times
  https://www.islamtimes.org