QR CodeQR Code

Ermənilər 6 dinc sakini öldürdü – Cəbhədə

Nur.az.com , 2 May 2016 23:07

İslamtimes - Aprel ayı ərzində erməni silahlı qüvvələrinin kəndlərimizi artilleriya və iriçaplı silahlarla atəşə tutması nəticəsində 6 mülki şəxs həlak olub, 26 nəfər isə yaralanıb.


Ağdam və Tərtər rayonlarında bu müddət ərzində ümumilikdə 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ziyan dəyib, 100-dən artıq ev isə tamamilə dağılıb.

Ermənilər həmçinin ötən ay Tərtərin mərkəzində pambıq zavodunu artilleriya ilə atəşə tutub, Ağdamın Əfətli kəndində fermer təsərrüfatında isə onlarla iribuybuzlu heyvanı öldürüb, 30-a yaxın heyvanı isə yaralayıblar.


Story Code: 536481

News Link :
https://www.islamtimes.org/az/news/536481/ermənilər-6-dinc-sakini-öldürdü-cəbhədə

Islam Times
  https://www.islamtimes.org