0
Monday 2 May 2016 - 23:16

Ayətullah Xamenei: Şiə-sünnü qarşıdurması ABŞ-ın planlarıdır

Story Code : 536482
Ayətullah Xamenei: Şiə-sünnü qarşıdurması ABŞ-ın planlarıdır
İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, bölgədə gedən prosesləriə toxunan Ayətullah Xamenei deyib: “Bu gün bölgədə baş verən savaşlar, 37 il öncə İslam Respublikasına qarşı başladılan savaşın davamıdır. Bu qarşıdurmada Fələstin məsələsi əsas məsələlərdəndir və İslam Respublikası əvvəldən Fələstini dəstəklədiyi kimi, bu gün də bunu öz vəzifəsi kimi bilir, gələcəkdə də bu vəzifəsinə əməl edəcəkdir. Bizim bu barədə fikirlərimiz gün keçdikcə dəyişən deyil. Fələstinə dəstək və Sionist rejimi ilə mübarizə mərhum imam Xomeyninin də açıq-aşkar elan etdiyi bir məsələ idi. Fələstini dəstəkləmək İran İslam Respublikasının zatında və canında var. İslam inqilabı ABŞ-ın bölgədə iqtidar və qüdrətinin pik həddə olduğu bir zamanda qalib gəldi. O zamanlar zahirdə hər şey Amerikanın lehinə idi, lakin inqilabımız islam cəmiyyətlərinə yeni ruh üfürdü və bölgənin vəziyyətini tamamilə dəyişdi. Bölgə məsələlərini bu aspektdən təhlil etmək lazımdır. Olduğumuz bu şəraitdə Fələstini müdafiə etmək, islamı müdafiə etmək deməkdir"

Ayətullah Xamenei imperialist qüvvələrin bölgədəki müharibələri "sünni-şiə" müharibəsi kimi qələmə vermək istədiyini bildirərək "Suriyada olan dövlət şiə dövləti deyil, lakin biz onları dəstəkləyirik. Çünki Suriyanın önündə duranlar ABŞ və İsrailin mənafelərinə qulluq edirlər. Şiə-sünnü qarşıdurması ABŞ-ın planladığı bir məsələdir. Bu gün ən mühüm məsələ iki əsas cəbhəni tanımaq və öz mövqeyimizi təyin etməkdir. Çünki bu iki cəbhə arasında fasilə məlum olmazsa, bəziləri istəmədən islamın önündə duran cəbhədə yer alarlar. Biz ABŞ-ı daha sonra, Sionist rejimini öz əsas düşmənimiz bilirik. İllər boyu ölkəmizə qarşı tətbiq olunan sanksiyaların da hədəfi, ölkəmizi bu yoldan sapdırmaq olub. Lakin onlar bu bu hədəflərinə çatmadılar və çatmayacaqlar. Biz ilahi vədəyə əsasən, bu qarşıdurmadan qalib ayrılacağımıza inanırıq, necə ki bu bu günədək qalib olmuşuq. Çünki düşmən İslam Respublikasını aradan aparmaq istəyir, lakin biz gün bə gün inkişaf edirik.”, - deyə danışıb.

Livan “Hizbullah”-ına olunan təyziqlərə də toxunan Ayətullah Xamenei deyib: “Livan “Hizbullah”-ı bu cür hallarla zəifləməyəcək qədər güclüdür və bu gün İsrail rejiminin bu təşkilatdan qorxusu keçmişdən qat-qat çoxdur. Haqq cəbhəsi ilahi sünnəyə əsasən qalibdir, hərçən ki eniş-yoxuşu olacaqdır.”

“İslami Cihad”-ın baş katibi Ramazan Abdullah da öz növbəsində İranın verdiyi dəstəklərə görə təşəkkür edib.

O, “Qəzza camaatı müxtəlif təyziqlərə baxmayaraq öz mövqelərində möhkəmdirlər. İsrail rejiminin əleyhimizə addığı addımlara bamayaraq Fələstin “intifadə”-si cavanıarımız sayəsində davam edir. ABŞ İran İslam Respublikasının simasını yalnış olaraq təbliğ edir və İsrail rejimini untudurmağa çalışır. Onlar bu addımlarla bölgəni bölmək və şiə-sünnü qarşıdurmasını yaratmaq niyyətindədirlər. Livan “Hizbullah”-na qarşı təyziqlər də elə buna görədir. Lakin “İslami Cihad” məsələləri düzgün analiz edərək, “Hizbullah”-ı və müqaviməti dəstəkləməyə davam edir.”, - deyə qeyd edib.
Source : Islamazeri
Comment