QR CodeQR Code

İran: "Səudiyyə ilə müharibə vəziyyətindəyik"

Nur.az.com , 9 May 2016 13:18

İslamtimes - Hasilatın dondurulması barədə Səudiyyə Ərəbistanının təklifi qəbuledilməzdir.


Bu barədə İranın Neft naziri Bijən Zəngənə deyib.

"Biz heç bir halda Səudiyyə Ərəbistanının təklifini qəbul edə bilmərik. İstehsal və ixrac məsələlərində Səudiyyə ilə elan olunmamış müharibə vəziyyətindəyik. Bizə qarşı təxribatlar var. Bu qeyri-ənənəvi müharibənin məqsədi İranın neft bazarındakı mövqeyini pozmaq məqsədi daşıyır", - nazir bildirib.

Qeyd edək ki, İran yalnız hasilatı sanksiyalardan əvvəlki səviyyəyə çatdırdıqdan sonra OPEK və digər neft ixrac edən ölkələrin hasilatı dondurmaqla bağlı müzakirələrinə qoşulmağa hazır olduğunu bildirir.


Story Code: 537555

News Link :
https://www.islamtimes.org/az/news/537555/iran-səudiyyə-ilə-müharibə-vəziyyətindəyik

Islam Times
  https://www.islamtimes.org