QR CodeQR Code

Qəzza 3 azyaşlı şəhidlə vidalaşdı

Islamazeri , 9 May 2016 13:24

İslamtimes - Onlar Qəzzaya qarşı həyata keçirilən embarqoların nəticəsində yaranan hadisələr zamanı öldüklərinə görə, şəhid adlandırılıblar


İslamazeri.az "Palinfo"ya istinadən verdiyi xəbərə görə, Qəzza Sektorunda evdə baş vermiş yanğın nəticəsində şəhid olmuş üç uşaq dəfn edilib.

Faciə Qəzzanın qərb kənarında yerləşən qaçqın düşərgəsində baş verib. Əbu-Hindi ailəsinin evindəki yanğının səbəbi işıqda yaranmış problemlər səbəb olub.

Belə ki, bu və digər evlərin sakinləri, elektrik enerjisinin olmamağı səbəbi ilə, evləri işiqlandırmaq üçün mum şamlardan istifadə edirlər.

Dünyasını dəyişənlərin hamısı doğma qardaş olub. Onların ən böyüyünün cəmi 3 yaşı vardı. Daha 3 uşaq da yanğın zamanı ağır yanıq xəsarətləri alıblar.

Vidalaşma mərasimində “"Əl-Qəssam Briqadasının” döyüşçüləri də iştirak ediblər.

HƏMAS liderlərindən olan İsmayıl Haniyə, faciənin məsuliyyətinin İsrail rejimi və Mahmud Abbasın başçılıq etdiyi Ramallahdaki Fələstin adminstrasiyasını üzərində olduğunu bildirib. Haniyənin sözlərinə əsasən, Ramallah adminstrasiyası dizel yanacağına vergi qoymaqla baha qiymətə Qəzza sektoruna satır.


Story Code: 537556

News Link :
https://www.islamtimes.org/az/news/537556/qəzza-3-azyaşlı-şəhidlə-vidalaşdı

Islam Times
  https://www.islamtimes.org