0
Tuesday 10 May 2016 - 14:32

Seyid Həsən Amili: İmkan verilsə Qarabağda döyüşə getməyə hazıram

Story Code : 537762
Seyid Həsən Amili: İmkan verilsə Qarabağda döyüşə getməyə hazıram
Xəbər verdiyimiz kimi, Azərbaycandan ictimai siyasi xadimlərdən ibarət nümayəndə heyəti Qarabağla bağlı İranda səfərdə olublar. Təbrizdə keçirilən "Müsəlman torpaqları və Qarabağ" adlı konfransda iştirak ediblər.

İslamazeri.az-a QAT-dan verilən məlumata görə, səfərin ikinci günü Azərbaycanlı qonaqlar Ərdəbildə Ayətullah Xameneinin Ərdəbil Ostanının nümayəndəsi və imam cüməsi Ayətullah Seyid Həsən Amilinin qonağı olublar. Seyid Həsən Amili görüş zamanı bildirib: “Qarabağ bizi ən çox narahat edən məsələdir. Biz Cümə xütbələrində ermənilərə lənət oxuyuruq. Qarabağın çox tezliklə azad olunmasını istəyirik. Amerika və Rusiya Qarabağı öz məqsədləri üçün əllərində saxlayıblar. Onların əli ilə Qarabağı azad etmək mümkün deyil. Millət səhnəyə gələrsə, heç bir xarici dövlət heç nə edə bilməz. Qarabağın azdalığı dini inamın, imanın güclənməsindən keçir. Qarabağda hərb qaçılmazdır. Əgər imkan verilərsə, şərait olarsa, Qarabağda döyüşə getməyə hazıram, bunu özümə borc bilirəm. İranla Azərbaycan bir- birinə daha çox yaxınlaşmalı, birlikdə hərəkət etməlidirlər.”

Azərbaycan nümayəndə heyətinə daxil olanlar da öz növbələrində təşəkkürlərini bildirib, əlaqələrin genişlənməsi üçün təkliflərini veriblər.

Qeyd edək ki, İranın Təbriz və Ərdəbil şəhərlərində Şuşanın ildönümünə həsr tədbirlər keçirilib. Azərbaycandan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Ədalət partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, yazıçı və publisist Eldəniz Quliyev, politoloq Zərdüşt Əlizadə, şair-publisist Qurban Cəbrayılov tədbirlərə qatılıblar.
Source : Islamazeri
Comment