QR CodeQR Code

Bağdadda dəhşətli terrorda şəhid olanların sayı 60-ı keçib

Deyerler , 11 May 2016 18:16

İslamtimes - Bağdadda baş vermiş silahlı hücum nəticəsində 64 nəfər ölüb, 87 nəfər yaralanıb.


APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, partlayış yük maşınına quraşdırılmış qurğunun işə düşməsi nəticəsində baş verib.

İraq təhlükəsizlik qüvvələri ölənlərin və yaralananların sayının artacağını istisna etmir.

Hücuma görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

***

Bağdadın Sədr Siti bölgəsində bomba yerləşdirilmiş avtomobillə terakt törədilib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, polis və xəstəxana mənbələrinin məlumatına əsasən, hücumda ən azı 25 nəfər həlak olmuş və 70-dən çox insan isə yaralanmışdır.

Yerli mənbələr partlayışın səhər sübh radələrində Sədr Sitidə bazar yerindəki sızlıq vaxtı törədildiyini qeyd edirlər.

Məlumatda ölənlərin sayının arta biləcəyi qeyd olunub.


Story Code: 537967

News Link :
https://www.islamtimes.org/az/news/537967/bağdadda-dəhşətli-terrorda-şəhid-olanların-sayı-60-ı-keçib

Islam Times
  https://www.islamtimes.org