0
Tuesday 8 February 2011 - 14:46

"Wikileaks" ermənilərə qeyrətsiz dedi

Story Code : 53903
"Wikileaks" ermənilərə qeyrətsiz dedi
"Wikileaks" ermənilərə qeyrətsiz dedi
Diplomatlar işsizliyin qorxunc səviyyəyə çatmasının qadınları bu yola məcbur etdiyini bildirirlər. Saytda dərc edilən sənədlərə görə, Amerikanın Ermənistandakı keçmiş səfiri Con Evans bildirib ki, səkiyə artıq 11-12 yaşlı qızlar da çıxmağa başlayıb. "Get-gedə daha çox ailələr yetkinlik yaşına çatmayan qızlarını pul qazanmaq üçün Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə yollayırlar. Lakin ölkə hakimiyyəti insan ticarətində heç bir problem görmür. Ermənistanın baş prokuroru diplomatlar tərəfindən dindirilən fahişələrin yalan danışdıqlarını deyir və erməni dilindən təxmini tərcüməsi "Allah bizi fahişəlikdən gələn pisliklərdən qorusun", olan atalar sözündən istifadə edir", deyə sənədlərdə qeyd edilib. "Wikileaks"in dərc etdiyi sənədlərdə deyilir ki, Ermənistanın Vandazor şəhərinin polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin rəhbəri Rudik Varosyanın sözlərinə görə, yetkinlik yaşına çatmayanların alveri adıçəkilən şəhər üçün daha da ciddiləşən problemdir. Şəhərdən bu peşə ilə məşğul olmaq üçün Türkiyəyə yola düşən qadınlar bu işlə bilə-bilə məşğul olurlar. Onları ora aldadaraq cəlb etmirlər. "Get-gedə daha çox ailələr azyaşlı qızlarınıı ora qazanc dalınca göndərirlər. Heç vaxt uşaqların xarici ölkəyə valideynlərinin icazəsi olmadan çıxarılması halları ilə qarşılaşmamışıq. Bəzi valideynlər hətta uşaqlarının orada pul qazanması ilə fəxr edirlər", deyə R. Varosyan qeyd edib. Ermənistana gələnlərin çoxu paytaxt İrəvanı, onun meydanlarını, "Hammer" və "BMW X5"ləri görür, ölkə iqtisadiyyatının yaxşı olduğunu düşünürlər. Ancaq bu ölkəni yaxşı tanıyan həm əcnəbilər, həm ermənilər bilirlər ki, iki Ermənistan var. /islam-azeri/
Comment