QR CodeQR Code

Misirin səfirliklərində fövqəladə vəziyyət

8 Feb 2011 19:32

IslamTimes - Alman "SPİEGEL" nəşrinin yaydığı məlumata görə, Hüsnü Mübarək Almaniyaya müalicə bəhanəsi ilə səfər edir, - "İrna" xəbər edir



Bununla bağlı Misirin xarici ölkələrdəki səfirliklərində fövqəladə vəziyyət yaranıb. Hüsnü Mübarəkin ölkədən qaçması ilə bərabər səfirlərin sığınacaq qayğıları da ortaya çıxıb. Bəzi mənbələrin verdiyi məlumata görə, artıq bəzi səfirlər ölkəyə qayıtmaq fikrində deyillər.

Ərəb diplomatlarından birinin Beyrutda dediyinə görə, Misirin Təl-Əvivdə səfiri olan Yasir Rza da ölkəsinə dönmək istəməyən səfirlərdəndir. Bundan əlavə, Misirin ABŞ-dakı səfirinin də Misirin siyasi oyunlarının qurbanı olduğu bildirirlir. /Deyerler/


Story Code: 53968

News Link :
https://www.islamtimes.org/az/news/53968/misirin-səfirliklərində-fövqəladə-vəziyyət

Islam Times
  https://www.islamtimes.org