0
Wednesday 9 February 2011 - 15:57

Misirdə baş verənləri uzaqdan izləməyəcəyik

Story Code : 54091
Misirdə baş verənləri uzaqdan izləməyəcəyik
Misirdə baş verənləri uzaqdan izləməyəcəyik
“İslamtimes”-in “7 gün” ə istinadən verdiyi xəbərə görə baş nazir Ərdoğan, Qırğızıstanın Baş naziri Almazbəy Atambəyev ilə keçirdiyi mətbuat konfransında belə demişdir: “Gecə saatlarına qədər mən də izlədim. Bu hadisələrin arxasından yüz minlərlə insanın toplandığı meydanda başqa bir istək olduğunu görmədim.

Xalqın, Mübarək tərəfindən daha fərqli bir addımın atılması istiqamətində gözlədiyi var. Demokratiya tətbiqinin çox qısa bir müddətdə başlaması üçün mövcud hökumət şans vermir. Yol xəritəsi, təqvimin açıqlanması lazımdır. Bu təqvim açıqlansa kütlələr təmin olacaq. Açıqlanmazsa, kütlələrin təmininin mümkün olmayacağını düşünürəm. Qaldı ki, bu müddəti müvəqqəti bir rəhbərliklə sovuşdurmaq məncə çox əhəmiyyətlidir. Çünki burada inam daha əhəmiyyətlidir.

Bu etibarı təmin edəcək bir rəhbərlik tərəfindən atılması lazım olan addımlar var. Xahiş edərəm ki, Misirdə axan qan, ölümlər dayansın. Çünki indiyə qədər 100-dən çox insan öldürülmüşdür. Bunun bu şəkildə davamı yaxşı olmayacaq. Lakin ordunun atdığı addımlar təqdirə laiqdir. Mən bunu Misirin gələcəyi üçün əhəmiyyətli hesab edirəm. Polisin də indiki durumunu qiymətləndirirəm.
Translator :
Source : 7 gün
Comment