QR CodeQR Code

Misir ABŞ-la baş-başa gəldi

10 Feb 2011 11:20

IslamTimes - IslamTimes - Misir Xarici işlər naziri gözlənilmədən özlərinin ən yaxın müttəfiqinə xəbərdarlıq edib


Buna səbəb ABŞ vitse prezidenti Co Baydenin nümayişçilərə qarşı güc tətbiqinin dayandırılmasını, ölkədə komendant saatının aradan qaldırılmasını, müxalifətlə ciddi dialoqa girilməsini tələb etməsi olub. Misir XİN rəhbəri Qeyt deyib ki, ABŞ-ın bu kimi şeylər tələb etməsi başa düşülən deyil. ABŞ Misirə öz istədiyini etdirə bilməz. "ABŞ-ın bu tələbləri faydasızdır. Nazir deyib ki, ABŞ bizdən ölkədə fövqəladə halın aradan qaldırılmasını tələb edir, amma bilmir ki, ölkədə 17 min məhkum həbsxanalardan qaçıb".
Bu arada Ağ Evin sözçüsü Robert Qibbs də Misirli nazirə cavab verib. O deyib ki, Qahirə küçələrində gördüyünüz nümayişçilərin tələblərini yerinə yetirmək lazımdır. Hökumətin gördüyü işlərin yetərsizliyini görmə isə təəccüblü deyil. /Deyerler/


Story Code: 54180

News Link :
https://www.islamtimes.org/az/news/54180/misir-abş-la-baş-başa-gəldi

Islam Times
  https://www.islamtimes.org