QR CodeQR Code

Bəhreyn rejim məhkəməsi Şeyx Əli Salmanın həbs müddətini uzatdı

Maide , 30 May 2016 16:28

İslamtimes - Bəhreyn Apelyasiya Məhkəməsi Əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın həbs müddətini 4 ildən 9 ilə qədər uzadıb.


Maide.Az xəbər verir ki, Əl-Vifaq hərakatı məhkəmənin bu qərarını əsassız və təxribat xarakterli qərar olduğunu bildirib və elan edib ki, Manama rejiminin bu hərəkəti ölkədəki siyasi böhranın həlli üçün bütün imkanları məhv edir.

Şeyx Əli Salman 2014-cü ilin dekabr ayında ölkədə islahatlarla bağlı etdiyi bir neçə çıxışdan sonra həbs olunub. Ali Xəlifə rejimi Şeyx Əli Salmanı Bəhreyn Daxili İşlər Nazirliyinə hörmətsizlik etmək, və insanları hakim rejimi dəyişməyə səsləmək ittihamı ilə 4 il azadlıqdan məhrum etmişdi.

Şeyx Əli Salman Bəhreyn rejiminin əsas siyasi rəqiblərindən olan Əl-Vifaq hərəkatının baş katibidir. O, 1990-cı ildən sürgün olunmuş və 2001-ci ildə ölkəyə geri dönmüşdür. Şeyx Əli Salman Əl-Vifaq hərəkatının rəhbəri kimi, 2011-ci ildə Bəhreyndə cərəyan edən xalq etirazlarının təşkilində fəal iştirak edib.


Story Code: 542203

News Link :
https://www.islamtimes.org/az/news/542203/bəhreyn-rejim-məhkəməsi-şeyx-əli-salmanın-həbs-müddətini-uzatdı

Islam Times
  https://www.islamtimes.org