QR CodeQR Code

“İslam radikalizmi kartı” yandı

10 Feb 2011 19:10

IslamTimes - Dünyanın nüfuzlu “The Washington Post” qəzeti növbəti dəfə Azərbaycan hakimiyyətini və ölkə başçısı İlham Əliyevi hədəfə alıb


Qəzetin redaktoru Fred Haitt yazdığı məqalədə Ərəb dünyasını bürüyən etiraz aksiyaları, Misirdə Hüsni Mübarək rejiminə qarşı demokratik dalğanın dünyanın gələcək siyasi həyatında əhəmiyyətli rol oynayacağını vurğulayır. Yazının Azərbaycana aid hissəsində İlham Əliyev “müsəlman diktator” kimi təqdim olunur. Müəllif diqqət Azərbaycana və ölkə başçısı İlham Əliyevə yönəldir: “...Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartını oynayır, onu özünün zəngin neft ehtiyatları ilə şantaj edir. Əliyev bu hərəkətlərilə total şəkildə saxtalaşdırılan seçkiləri, jurnalistlərin həbsini sığortalamağa çalışır. Bu isə müsəlman diktatorun ABŞ-la oyun oynaması anlamına gəlir. İndi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?” /HaqqYolu/


Story Code: 54242

News Link :
https://www.islamtimes.org/az/news/54242/islam-radikalizmi-kartı-yandı

Islam Times
  https://www.islamtimes.org