0
Friday 11 February 2011 - 20:17

Hüsnü Mübarək ölkədən qaçdı

Story Code : 54358
Hüsnü Mübarək ölkədən qaçdı
Hüsnü Mübarək ölkədən qaçdı

"IslamTimes"-ın BBC-yə istinadən verdiyi xəbərə əsasən, Misir prezidenti Hüsnü Mübarək ailəsi ilə birlikdə Misiri tərk edib. Diktator prezidentin Dubaya yollandığı güman edilir. Nəzərinizə çatdıraq ki, artıq 3-cü cümədir ki, milyonlarla misirli küçələrə axışaraq Mübarəkin istefasını tələb edirlər. Ötən gün Mübarəkin sentyabr ayınadək prezidentlikdə qalmaq məqsədi olduğunu açıqlaması xalqı qəzəbləndirib. Elə buna görə də bugünki nümayişdə iştirak edən insanların sayı öncəkilərdən dəfələrlə çox olub. Mübarəkin də qəzəblənmiş xalqdan qorxaraq qaçdığı bildirilir. Nəzərinizə çatdıraq ki, bu gün İran İslam Respublikasında da "22 bəhmən" İslam İnqilabının 32-ci il dönümü qeyd edilir.

Comment