QR CodeQR Code

Hüsnü Mübarək ölkədən qaçdı

11 Feb 2011 20:17

IslamTimes - İran İslam İnqilabının 32-ci il dönümündə Misir prezidenti Hüsnü Mübarək ailəsi ilə birlikdə Misirdən qaçıb


"IslamTimes"-ın BBC-yə istinadən verdiyi xəbərə əsasən, Misir prezidenti Hüsnü Mübarək ailəsi ilə birlikdə Misiri tərk edib. Diktator prezidentin Dubaya yollandığı güman edilir. Nəzərinizə çatdıraq ki, artıq 3-cü cümədir ki, milyonlarla misirli küçələrə axışaraq Mübarəkin istefasını tələb edirlər. Ötən gün Mübarəkin sentyabr ayınadək prezidentlikdə qalmaq məqsədi olduğunu açıqlaması xalqı qəzəbləndirib. Elə buna görə də bugünki nümayişdə iştirak edən insanların sayı öncəkilərdən dəfələrlə çox olub. Mübarəkin də qəzəblənmiş xalqdan qorxaraq qaçdığı bildirilir. Nəzərinizə çatdıraq ki, bu gün İran İslam Respublikasında da "22 bəhmən" İslam İnqilabının 32-ci il dönümü qeyd edilir.


Story Code: 54358

News Link :
https://www.islamtimes.org/az/news/54358/hüsnü-mübarək-ölkədən-qaçdı

Islam Times
  https://www.islamtimes.org