QR CodeQR Code

Mübarəkin istefasına ilk reaksiyalar (HƏMAS, Hizbullah)

Deyerler , 12 Feb 2011 06:41

IslamTimes - Misirdə Mübarək rejiminin devrilməsi Fələstinin HƏMAS hakimiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.


Fələstin xalqı Mübarəkin devrilməsini bu xalq qədər sevinclə qarşılayıb. Belə ki, Qəzzanı qəddar blokadada bir tərəfdən sionist İsrail rejimi saxlayırdısa, digər tərəfdən bunu sionist rejimin istəyi ilə Mübarək rejimi həyata keçirirdi.

HƏMAS hakimiyyəti Misir xalqının dəyanatli müqavimətini alqışlayaraq bu qələbənin önəminə vurğu edib.

HƏMAS öz açıqlamasında Mübarəkdən sonra qurulacaq yeni hakimiyyətin İsrail rejimi ilə birlikdə Qəzzaya qarşı tətbiq olunan blokadasının aradan qaldırılması başda olmaqla bir sıra önəmli siyasi qərarların verilməsinin mühümlüyünü vurğulayıb.

HƏMAS sözcüsü Sami Abu Zahri çıxışı zamanı Mübarəkin istefasının Misirdə çevrilişin yalnız başlanğıcı olduğunu vurğulayıb.
Livanın Hizbullah təşkilatı isə, Misirdə Mübarəkin devrilməsini tarixi zəfər adlandırıb. Hizbullah təşkilatı bu tarixi zəfər münasibətilə misirliləri təbrik edib.


Story Code: 54395

News Link :
https://www.islamtimes.org/az/news/54395/mübarəkin-istefasına-ilk-reaksiyalar-həmas-hizbullah

Islam Times
  https://www.islamtimes.org