QR CodeQR Code

Ali Səud BMT-ni neçəyə aldı

Nur.az.com , 7 Jun 2016 20:04

Islamtimes - İyunun 3-də Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı hərbi koalisiyanı şiddətlə qınayan və onu yəmənli uşaqları öldürməkdə günahlandıran Birləşmiş Millətlər Təşkilatı iyunun 6-da onu əlavə etdiyi "qara siyahı"dan çıxarıb.


Koalisiyanın Səudiyyə Ərəbistanının şikayətindən sonra siyahıdan çıxarıldığı qeyd edilib. 2015-ci ildə Yəməndə həlak olan uşaqların 60%-nin ölümündə Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələrinin məsuliyyət daşıdığını bildirən BMT 510 uşaın öldüyünü, 667-sinin yaralandığını, eyni zamanda məktəb və xəstəxanaların da hava hücumlarının təsirindən yararsız hala düşdüyünü açıqlamışdı. Səudiyyə koalisiyası 2015-ci ilin 26 martında bəzi ərəb dövlətlərinin iştirakı ilə Yəməndə “Ənsarullah” xalq hərəkatını yatırmaq üçün əməliyyatlar aparmağa başlayıb./eastnews/


Story Code: 544073

News Link :
https://www.islamtimes.org/az/news/544073/ali-səud-bmt-ni-neçəyə-aldı

Islam Times
  https://www.islamtimes.org