0
Sunday 12 June 2016 - 13:20

Çinin ən böyük şəhəri Şahxayda partlayış baş verib

Story Code : 545148
Çinin ən böyük şəhəri Şahxayda partlayış baş verib
ANS PRESS-in məlumatına görə, hadisə Pudun beynəlxalq hava limanında qeydə alınıb. Partlayış aeroportun 2-ci terminalında baş verib. Çinin CCTV dövlət telekanalının məlumatına görə, hadisə nəticəsində yaralananlar var. İnsident yerli vaxtla saat 14:45-də qeydə alınıb. Hələlik partlayışın səbəbləri məlum deyil. Hadisə yerinə çox saylı təcilıi tibbi yardım briqadaları və polis cəlb olunub.
Comment