QR CodeQR Code

İraqın xarici işlər naziri general Süleymani və Seyid Nəsrullahdan danışdı

Islamazeri , 13 Jun 2016 00:42

Islamtimes - İraqın xarici işlər naziri İbrahim Cəfəri terrorla mübarizədə İran, Suriya və Rusiyanın təcrübələrindən istifadənin zəruriliyini bildirib.


İslamazeri.az-ın “Al Mayadeen”-ə istinadən verdiyi xəbərə əsasən, bu barədə müsahibə verən İbrahim Cəfəri, İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymaninin bu barədə gözəl məsləhətçi olduğunu dilə gətirərək bildirib: “O gözəl sərkərdə olaraq həm də, güvənilir məsləhətçidir. Ərəb və qeyri ərəblərdən buna şəkk edən yoxdur.”

“Fəllucədə gedən savaşlar Mosulda gedən döyüşlərdən ayrı deyil. İŞİD-lə mübarizəyə fasilə vermək olmaz. Biz “Hizbullah” lideri Seyid Həsən Nəsrullahı da bu barədə dəstəkləməkdən əl çəkməyəcəyik.”, - deyə Cəfəri sözlərinin davamında qeyd edib.


Story Code: 545283

News Link :
https://www.islamtimes.org/az/news/545283/iraqın-xarici-işlər-naziri-general-süleymani-və-seyid-nəsrullahdan-danışdı

Islam Times
  https://www.islamtimes.org