QR CodeQR Code

Mübariz İbrahimovun erməniləri darmadağın etməsindən 6 il ötür

Deyerler , 19 Jun 2016 00:57

Islamtimes - Bu gün erməni işğalçıları ilə döyüşdə inanılmaz şücaət göstərərək şəhid olan Mübariz İbrahimovun ölümündən 6 il ötür.


Axar.az xəbər verir ki, 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov 2005-ci ildə hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə əsgəri xidməti keçərək 2007-ci ildə çavuş, 2009-cu ildə isə gizir rütbəsində çalışdıqdan sonra öz istəyi ilə cəbhə bölgəsində hərbi xidmətə yollanıb.

2010-cu il iyunun 18-də, saat 23:00-da təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək düşmənlə beş saat təkbaşına döyüşüb, Ermənistan silahlı qüvvələrinin çoxlu əsgər və zabitini məhv etdikdən sonra səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, ona ölümündən sonra Milli Qəhrəman adı verilib və Azərbaycan uğrunda göstərdiyi şücaətə görə “İlin adamı” seçilib.


Story Code: 546906

News Link :
https://www.islamtimes.org/az/news/546906/mübariz-ibrahimovun-erməniləri-darmadağın-etməsindən-6-il-ötür

Islam Times
  https://www.islamtimes.org