QR CodeQR Code

Qəzzafi: Özüm də etirazçılara qoşulacağam

HaqqYolu , 14 Feb 2011 08:36

IslamTimes - İordaniyanın “Əs-səbil” qəzetinin verdiyi məlumata görə, Tunis və Misirdəki diktatorların devrilməsindən sonra növbə Liviya diktatoruna çatıb


Qəzetin yazdığına görə, artıq bu ölkədə bir sıra siyasi təşkilat və cərəyənlar fevral ayının 17-i “Qəzəb günü” adlandıraraq, bu gündə rejimin əleyhinə etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. Onlar ilkin olaraq bu aksiyanı paytaxt Trablosdan başlayacaqlarını vurğulayıblar. Bu arada həmişə öz qeyri-adi fikir və rəftarlarla tanınan Liviya prezidenti Müəmmər Qəzzafi maraqlı bir açıqlama ilə çıxış edib. O deyib ki, əgər ölkədə etirazlar başlasa özüm də bu aksiyalara qoşulacağam. Ancaq o, kimə etiraz edəcəyini bildirməyib.


Story Code: 54701

News Link :
https://www.islamtimes.org/az/news/54701/qəzzafi-özüm-də-etirazçılara-qoşulacağam

Islam Times
  https://www.islamtimes.org