Qəzetin yazdığına görə, artıq bu ölkədə bir sıra siyasi təşkilat və cərəyənlar fevral ayının 17-i “Qəzəb günü” adlandıraraq, bu gündə rejimin əleyhinə etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. Onlar ilkin olaraq bu aksiyanı paytaxt Trablosdan başlayacaqlarını vurğulayıblar. Bu arada həmişə öz qeyri-adi fikir və rəftarlarla tanınan Liviya prezidenti Müəmmər Qəzzafi maraqlı bir açıqlama ilə çıxış edib. O deyib ki, əgər ölkədə etirazlar başlasa özüm də bu aksiyalara qoşulacağam. Ancaq o, kimə etiraz edəcəyini bildirməyib.