0
Monday 14 February 2011 - 12:18

Mübarək komada

Story Code : 54717
Mübarək komada
Mübarək komada
Onun vəziyyətinin ağır olduğu deyilir. Misirin adının açıqlanmasını istəməyən bir rəsmisi deyib ki, prezident son çıxışı öncəsi qəflətən özündən gedib. Məhz telekanalla sonuncu çıxışı da buna görə gecikib. Ordunun Mübarəkə çox təzyiq etməməsinin səbəblərindən də biri deyilənlərə görə, onun səhhətindəki problemlərlə bağlıymış. "Əl-Vasat" qəzetinin yazdığına görə, keçmiş diktator komaya düşüb. Ölkənin "Əl-Youm" qəzeti isə yazır ki, Hüsnü Mübarəkin səhhəti kəskin pisləşdiyindən onu Almaniyaya aparıblar. Onun Almaniyanın Baden şəhərində xəstəxanada müalicə olunduğu iddia olunur.
Qeyd edək ki, hakimiyyətdən devrilən prezidentin ailəsi ilə birlikdə Şarm Əl-Şeyx şəhərində olduğu deyilirdi. /Deyerler/
Comment