0
Tuesday 15 February 2011 - 01:03

Netanyahu: Biz qeyri-sabitliklə üzləşmişik

Story Code : 54845
Netanyahu: Biz qeyri-sabitliklə üzləşmişik
Netanyahu: Biz qeyri-sabitliklə üzləşmişik

"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu Hüsnü Mübarəkin devrilməsinə toxunaraq deyib: "Hazırda məntəqədə qeyri-sabitlik hökm sürür. Biz baş verməsi ehtimal olunan problemləri hərb yolu ilə həll etməyə hazırıq. Son günlər ərəb dünyasında böyük bir zəlzələ baş verib. Bu zəlzələ İslam dünyasının böyük bir hissəsini silkələyib və biz hazırda İsrailin aqibətinin necə olacağını bilmirik."
Netanyahu Hüsnü Mübarəkin 18 günlük etiraz aksiyalarından sonra devrilməsinə işarə ilə deyib: "Biz hazırda qeyri-sabitliklə üzləşmişik. Tel-Əvivin gələcəyini İsrail ordusu qurmalıdır."

Comment