QR CodeQR Code

Mövsüm Səmədovun həbsi ev dustağlığı ilə əvəz olunmadı

15 Feb 2011 14:23

IslamTimes - Bu gün Azərbaycan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədovun növbəti məhkəmə prosesi keçirilib.


Bu gün Azərbaycan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədovun növbəti məhkəmə prosesi keçirilib. Nəsimi Rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Mövsüm Səmədovun 3 aylıq həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti rədd edilib. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi bu gün saat 11:00-da başlamalı təqdirdə, yarım saat gec başlayıb. "Nəsimi Rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Mövsüm bəy barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətim qəbul olunmadı. Bununla bağlı apelyasiya şikayəti verəcəm"-deyə vəkil Anar Qasımov bildirib.



Story Code: 54932

News Link :
https://www.islamtimes.org/az/news/54932/mövsüm-səmədovun-həbsi-ev-dustağlığı-ilə-əvəz-olunmadı

Islam Times
  https://www.islamtimes.org