0
Wednesday 29 June 2016 - 04:58
Gen qaz dərin qaz özün düşərsən

İstanbulun "Atatürk" hava limanında terror baş verib, 50 nəfər ölüb, 106 nəfər yaralanıb

Story Code : 549461
İstanbulun "Atatürk" hava limanında terror baş verib, 50 nəfər ölüb, 106 nəfər yaralanıb
APA-nın məlumatına görə, bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb. Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralanndığını bildirib.

***

İstanbuldakı Atatürk hava limanının xarici xətlər terminalında silahlı hücum və ən azı 3 partlayış baş verib.

Deyerler.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul vilayət rəhbəri hücumda ən azı 28 nəfərin həlak olduğunu və 60 nəfərin də yaralandığını bildirib.

DHA təhlükəsizlik mənbələrinə əsaslanaraq verdiyi xəbərində hücumun İŞİD tərəfindən törədildiyini qeyd edib.

ABŞ Federal Aviasiya İdarəsi İstanbuldan qalxan və İstanbula gedən bütün uçuşlarının təxirə salındığını bildirib.

Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Federika Moqherini Twitter-dən verdiyi açıqlamasında Türkiyə ilə həmrəylik içərisində olduğunu deyib.

Ağ Evdən verilən açıqlamada isə ABŞ prezidenti Barak Obamanın daxili təhlükəsizlik və terrorizmlə müarizə müşaviri Liza Monako tərəfindən İstanbuldakı terror aktı ilə bağlı məlumat aldığı qeyd olunub.
Source : Apa
Comment