QR CodeQR Code

Gen qaz dərin qaz özün düşərsən

İstanbulun "Atatürk" hava limanında terror baş verib, 50 nəfər ölüb, 106 nəfər yaralanıb

Apa , 29 Jun 2016 04:58

İslamtimes - İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 50-çatır, 106 nəfər isə yaralanıb.


APA-nın məlumatına görə, bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb. Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralanndığını bildirib.

***

İstanbuldakı Atatürk hava limanının xarici xətlər terminalında silahlı hücum və ən azı 3 partlayış baş verib.

Deyerler.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul vilayət rəhbəri hücumda ən azı 28 nəfərin həlak olduğunu və 60 nəfərin də yaralandığını bildirib.

DHA təhlükəsizlik mənbələrinə əsaslanaraq verdiyi xəbərində hücumun İŞİD tərəfindən törədildiyini qeyd edib.

ABŞ Federal Aviasiya İdarəsi İstanbuldan qalxan və İstanbula gedən bütün uçuşlarının təxirə salındığını bildirib.

Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Federika Moqherini Twitter-dən verdiyi açıqlamasında Türkiyə ilə həmrəylik içərisində olduğunu deyib.

Ağ Evdən verilən açıqlamada isə ABŞ prezidenti Barak Obamanın daxili təhlükəsizlik və terrorizmlə müarizə müşaviri Liza Monako tərəfindən İstanbuldakı terror aktı ilə bağlı məlumat aldığı qeyd olunub.


Story Code: 549461

News Link :
https://www.islamtimes.org/az/news/549461/istanbulun-atatürk-hava-limanında-terror-baş-verib-50-nəfər-ölüb-106-yaralanıb

Islam Times
  https://www.islamtimes.org