QR CodeQR Code

AB İngiltərəyə xəbərdarlıq etdi: "Sərbəst hərəkət yoxdursa, birgə bazar da olmayacaq"

Deyerler , 30 Jun 2016 01:02

İslamtimes - Avropa Birliyi (AB) liderləri İngiltərənin AB vətəndaşlarına sərbəst hərəkət azadlığını tanımadan birgə bazara daxil olmayacağı barədə xəbərdarlıq edib.


Deyerler.org BBC-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker AB-nin vahid bazarına daxil olmaq istəyən hər bir ölkənin bunun üçün lazım olan bütün qaydalara "istisnasız" riayət etməli olduğunu bildirib.

Yuncker, həmçinin Böyük Britaniyanın rəsmən birlikdən çıxması üçün Lissabon müqaviləsinin 50-ci maddəsini həyata keçirmədən çıxış müzakirələrinə də başlanılmayacağını deyib.



Almaniya və Fransa liderlərilə yanaşı, AB Şurasının sədri Donald Tusk da eyni mesajları verib. "Liderlər birgə bazara çıxış üçün sərbəst hərəkət azadlığı daxil olmaqla, bütün dörd azadlığın da qəbul edilməli olduğunu çox aydın bir tərzdə vurğulayıb. Ölkəyə xüsusi olaraq, sadəcə birgə bazara çıxış təmin olmayacaq".

Donald Tusk İngiltərədən savayı AB ölkələri liderlərinin məsələni müzakirə etmək üçün sentyabrın 16-da Bratislavada toplanacağını bildirib.


Story Code: 549698

News Link :
https://www.islamtimes.org/az/news/549698/ab-ingiltərəyə-xəbərdarlıq-etdi-sərbəst-hərəkət-yoxdursa-birgə-bazar-da-olmayacaq

Islam Times
  https://www.islamtimes.org