0
Wednesday 16 February 2011 - 06:45

Rusiyadan ABŞ və İsrailə sarsıdıcı zərbə

Story Code : 55017
Rusiyadan ABŞ və İsrailə sarsıdıcı zərbə
Rusiyadan ABŞ və İsrailə sarsıdıcı zərbə
Rusiya bundan sonra İrana qarşı hər hansı bir sanksiyanı dəstəkləyə bilməz. Rusiya Xarici işlər naziri Sergey Lavrov belə bir bəyanatla çıxış edib, - “RİA Novosti” xəbər verir.
“1929 nömrəli sanksiyanın ötən il İrana qarşı qəbul olunmasından sonra, artıq İrana qarşı hər hansı bir sanksiyanın qəbul edilməsini dəstəkləməyəcəyik. Bundan sonra qəbul ediləcək hər hansı sanksiya, əslində bu ölkənin əhalisi üçün sosial problemlər yaratmaq məqsədi güdəcək”, - deyə Lavrov bildirib.
O eyni zamanda əlavə edib ki, İrana qarşı hər hansı sanksiyaların tətbiq edilməsi, bu ölkə ilə dialoqdan imtina etmək deməkdir. /Deyerler/

Comment