0
Monday 4 July 2016 - 03:42

Hizbullah: Bu bir daha terrorçuların alçaqlığını sübut etdi

Story Code : 550697
Hizbullah: Bu bir daha terrorçuların alçaqlığını sübut etdi
İslamazeri.az-ın “Əl Mənar”-a istinadən verdiyi xəbərə əsasən, təşkilat, İraqın əl-Kəradə bölgəsində baş verən və 300 nəfərdən çox insanın ölüm və yaralanma ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.

Hadisədə dünyasını dəyişənlərlə bağlı İraq xalqına, təqlid mərcələri və dövlət rəsmilərinə başsalığı verən “Hizbullah” bildirib: “Bu hadisə, terrorla mübarizə aparan və azad olan insanların birləşməsi üçün yeni bir səbəbdir. Döyüş meydanında məğlub olan terrorçular, dinc sakinlərdən intiqam alırlar. Bu məsələ onların alçaqlığının göstəricisidir. Onlar bu addımları ilə, dəyərlərdən uzaq olduqlarını sübuta yetirirlər.”

Qeyd edək ki, əl-Kəradə bölgəsində baş verən hadisədə 167 nəfər ölü, 200 nəfər isə yaralı qeydə alınıb.
Source : Islamazeri
Comment