QR CodeQR Code

Türkiyə Suriya ilə bağlı mövqeyini dəyişir: Ərdoğan Əsədlə saziş bağlamaq istəyir

9 Jul 2016 08:10

İslamtimes - “Ankara Suriyadakı siyasətini dəyişir. Türkiyə Dəməşqlə saziş bağlamaq niyyətindədir”.


Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Vətən” qəzetində dərc olunmuş Rusiya Türkiyə yaxınlaşmasına dair təhlilində qeyd olunub.

Qəzetin yazdığına görə, Türkiyə Suriyadakı planlarının boşa çıxmasından sonra bu ölkə ilə bağlı siyasətini dəyişmək qərarına gəlib: “Rusiya ilə yaxınlaşmadan, İsraillə sazişdən sonra Türkiyənin siyasi dairələrində Suriya böhranının həlli üçün Ankara, Moskva və Vaşinqton arasında strateji müqavilənin bağlanmasına hazırlıq getdiyi barədə məlumatlar sızır”.

Təhlildə qeyd olunur ki, İŞİD-in Türkiyədəki hücumlarının artması, PKK-nın əməliyyatlarının şiddətlənməsi, Türkiyə ərazisində sabitliyin pozulması ölkənin hərbi elitasında etirazların yüksəlməsinə səbəb olub.

Odur ki, hakim Ədalət və İnkişaf Partiyası Suriya böhranı ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur olub./strateg/


Story Code: 551323

News Link :
https://www.islamtimes.org/az/news/551323/türkiyə-suriya-ilə-bağlı-mövqeyini-dəyişir-ərdoğan-əsədlə-saziş-bağlamaq-istəyir

Islam Times
  https://www.islamtimes.org