0
Sunday 10 July 2016 - 22:17

Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi

Story Code : 551747
Aprel döyüşlərində yaralanan tankçımız dünyasını dəyişdi
Axar.az xəbər verir ki, Milli Məclisin 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydın Mirzəzadə məlumat verib.

Millət vəkilinin sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Rahim Tağıyev 1997-ci ildən başlayaraq müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi ordu sıralarına yollanıb. Aprel döyüşləri zamanı ağır yaralandığı üçün Bakıdakı Hərbi Hospitalda müalicə edilirdi. Həkimlər onun sağ qalsa belə, komadan ayılmayacağını bildirmişdilər. Çünki qəlpə onun baş nahiyəsinin əksər hissəsini qoparmışdı.

Tankçı aprel döyüşlərindən bu tərəfə müxtəlif vaxtlarda 3 dəfə əməliyyat edilib.

Onun 3 övladı var.

Allah rəhmət eləsin.
Source : Axar
Comment