0
Wednesday 13 July 2016 - 22:42

AİP şəhid Hacı Vaqif Abdullayevin qəbrini ziyarət edib

Story Code : 552453
AİP şəhid Hacı Vaqif Abdullayevin qəbrini ziyarət edib
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev başda olmaqla partiya funksionerləri bu gün İslam şəhidi Hacı Vaqif Abdullayevin uyuduğu məzarı ziyarət ediblər. Bu barədə “İslaminSesi”nə Azərbaycan İslam Partiyası Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan İslam Partiyası Təşkilat Şöbəsinin sabiq sədri Hacı Vaqifin ölümündən dörd il ötür. Saxta ittihamlarla mühakimə olunaraq on bir il həbs cəzası alan mücahid islamçı 2012-ci ilin bu günündə həbsxana divarları arasında ailəsindən, yaxınlarından xəbərsiz məzlumcasına bu dünyaya əlvida dedi. İslam yolunda var qüvvəsini sərf edən, əqidəsinə daim sadiq qalan Hacı Vaqif bu yolda da şəhid oldu. İslamçı qardaşın xatirəsi həmişə yaddaşlarda qalacaq, ruhuna dualar oxunacaqdır. Əqidə dostları Hacı Vaqifi hər il yad etmək vəzifəsini özlərinə mənəvi borc hesab edirlər.

AİP rəhbərliyi vəfatının ildönümü münasibətilə Hacının ailəsinə, əzizlərinə və yaxınlarına bütün Əhli-Beyt(ə) aşiqlərinə bir daha baş sağlığı verir, Allah-Təaladan hər kəsə səbr diləyir.
Source : Islamazeri
Comment