QR CodeQR Code

İŞİD terror qruplaşması məğlubiyyətə hazırlaşır

Deyerler , 13 Jul 2016 22:53

Islamtimes - İŞİD terror qruplaşması "xilafәtin" məğlubiyyətə uğraması ilə bağlı planlar hazırlayır.


Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları artıq İraq və Suriyada silahlı qarşıdurmalardan terror hücumlarına keçid ediblər.

Təkcə son 6 ay ərzində İŞİD terrorçularının sayı 25% azalıb. İŞİD komandirlərinin sonuncu video müraciətlərində görsənir ki, İŞİD döyüş meydanında məğlubiyyətə məhkumdur.

Bir çox ekspertlər qeyd edirlər ki, İŞİD Suriya və İraqda aldığı sarsıdıcı zərbələrdən sonra, uğradığı məğlubiyyətlərə cavab olaraq İstanbulda və Bağdadda terror aktları törәdib. Bu terror aktlarının sayının çoxalacağı da istisna deyil.


Story Code: 552457

News Link :
https://www.islamtimes.org/az/news/552457/işid-terror-qruplaşması-məğlubiyyətə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org