0
Thursday 17 February 2011 - 16:52

İsa Qəmbər İran telekanallarını izləmir?

Story Code : 55281
İsa Qəmbər İran telekanallarını izləmir?
İsa Qəmbər İran telekanallarını izləmir?
Musavat başqanı kimi bir insan bəyanat verməzdən öncə hadisəni yaxşıca araşdırmalıdır. İranda etirazçı var. Amma bu etirazçılar neçə faizdir? İranda iğtişaş yaradan, ötən aşurada qan tökən etirazçılar İran xalqının heç bir faizi deyil. Başqan bunu görməli və sonra bəyanat verməlidir.
Beləcə, Müsavat Partiyası İranda baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Partiyadan APA-ya daxil olan bəyanatda bildirilir ki, qonşu İran dövlətində hökumət əleyhinə etiraz aksiyaları start götürüb: “Etiraz səsini meydanlara çıxaran on minlərlə insana qarşı hakimiyyət qüvvələri tərəfindən güc tətbiq edilməsi nəticəsində ən azı iki nəfərin həlak olduğu, yüzlərlə insanın yaralandığı haqqında məlumatlar dünyanın nüfuzlu KİV-lərində yayımlanmaqdadır. Əhalisinin əksəriyyətinin Azərbaycan türkü olduğu qonşu ölkədə baş verən hadisələrə biganə qala bilmərik. Müsavat Partiyası hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyir, diktaturaya qarşı çıxan xalqın nümayəndələrinə qəddarlıq nümayiş etdirənlərə yaxın keçmişdə İran şahının və onun ailəsinin taleyini xatırlatmaqla, onları etirazçılara zor göstərməməyə çağırır, hadisələrin qan tökülmədən, sivil yolla davam edib, xalqın iradəsinin yerinə yetirilməsi ilə sonunclanmasını arzu etdiyini bəyan edir, beynəlxalq birliyi xalqın istəklərini daha fəal dəstəkləməyə dəvət edir”.
Təəssüf! Bu bəyanat Azərbaycanda bir sıra dindarların da ümidlə yanaşdığı Musavata etimadın üzərindən xətt çəkir. Çünki İranda İslam üsul-idarəsidir və azərbaycanlı dindarlar bu müstəvidə İrana etinasız deyil. Musavat başqanı Vaşinqton, Tel-Əviv yox, ən azı Ankaranın sözünü deməlidir. İran telekanallarını izləmək bəs edir ki, bu “azadlıqsevərlərin” bir ovuc muzdur olduğunu görəsən!

Cəmiyyət və Siyasət bölməsi
HaqqYolu
Comment