0
Friday 18 February 2011 - 07:55

Bakıda mobil qiyam günü

Story Code : 55323
Bakıda mobil qiyam günü
Bakıda mobil qiyam günü
Artıq müxalifət qüvvələrində bir canlanma da müşahidə olunmaqdadır. Yeni birliklər yaradılır. Əsas hadisə isə bağlı qapılar arxasında baş verməkdədir. Məlumat verərək bildirmişdik ki, artıq icazəsiz aksiyaların keçirilməsi üçün də bir hərəkətlənmə var. Və bu barədə ilkin razılaşmalar əldə olunub.
Bu gün isə sözügedən istiqamətdən yeni xəbərlər almışıq. PİA.AZ-a daxil olan məlumatlara görə, müxalifət qüvvələri artıq mitinq gününü təyin ediblər: «Hazırlıqlar yenə də məxfi qaydada həyata keçirilir, müxalifətin çox inanılmış adamları bu barədə məlumatlı olduğundan və aksiyanın icazəsiz olması səbəbindən 1000-1500 nəfərin iştirakı planlaşdırılır».
Mitinqin keçiriləcəyi günlə bağlı məlumat verən mötəbər mənbəmiz bildirir ki, yaxın həftələrin şənbə günlərinin birində baş tutacaq mitinq şəhərin mərkəzinə planlaşdırılır.
Comment