0
Sunday 24 May 2009 - 09:54

OBAMA PENTAQONDAN İRANA QARŞI MÜHARIBƏ PLANI ISTƏYIB

Story Code : 5545
OBAMA PENTAQONDAN İRANA QARŞI MÜHARIBƏ PLANI ISTƏYIB
Qeyts NBC telekanalı ilə çıxışında bildirib ki, əgər bu ölkədə nüvə silahının yaradılmasının qarşısının alınması üzrə diplomatik səylər nəticə verməzsə, ABŞ heç zaman İrana qarşı hərbi zərbə vurmaq imkanını tam istisna etməyib.

Qeyts bildirib: "Prezident həmişə İrana qarşı hərbi planların yeniləşdirilməsini tələb edir. Və mənə səlahiyyət verilib ki, deyim: «Bizim prezidentlə dialoqumuz nəticəsində bu cür planlar yenilənib və bütün kartlar artıq masanın üstünə düzülüb» ".

Obama İranla dialoq tərəfdarıdır. Əvvəlki Amerika prezidentlərindən fərqli olaraq, bu cür dialoqun istənilən formasına, hətta üzbəüz görüşə də hazırdır.

Obama bildirib ki, İrana qarşı otuz illik təcrid planı arzuolunan nəticəni verməyib. Buna görə də diplomatiyaya müraciət etməkdə məna var.

Ancaq İsrail baş naziri Netaniyahunun səfəri zamanı Obama bildirib ki, onun Tehrana qarşı dözümü əbədi deyil və o, ilin sonuna kimi diplomatik fəaliyyətin konkret nəticələrini görmək istəyir. Əks halda o, ən azı İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyi tələb edəcək.
Source : ANS PRESS
Comment