QR CodeQR Code

Hizbullah Nüsrə cəbhəsinə ağır zərbələr endirdi

Deyerler , 21 Jul 2016 23:57

Islamtimes - Livanın aparıcı Hizbullah təşkilatı Nüsrə cəbhəsinin Suriya-Livan sərhədinin yaxınlığında yerləşən mövqelərinə ağır zərbələr endirib.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Hizbullah döyüşçüləri Nüsrə cəbhəsinin onlarla terrorçusunu məhv etməyə müvəffəq olub. Eyni zamanda sözügedən terror qruplaşmasının bir neçə zirehli texnikası havaya uçurulub.

Son aylar ərzində Hizbullah təşkilatı ilə Nüsrə cəbhəsinin terrorçuları arasında intensiv toqquşmalar baş verir. Hizbullah döyüşçüləri Nüsrə cəbhəsinə ağır zərbələr endirərək, bu terror qruplaşmasının onlarla yaraqlısını zərərsizləşdirib.


Story Code: 554594

News Link :
https://www.islamtimes.org/az/news/554594/hizbullah-nüsrə-cəbhəsinə-ağır-zərbələr-endirdi

Islam Times
  https://www.islamtimes.org