QR CodeQR Code

İlahiyyatçı Zülfüqar Mikayılzadədən xəbər var

Islamazeri , 23 Jul 2016 23:34

Islamtimes - İstintaq orqanının verdiyi təqdimat təmin olunub


Nəsimi Rayon Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
“Report”un məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və Z. Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Tale Bağırzadə başda olmaqla, daha bir neçə nəfər saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.


Story Code: 554982

News Link :
https://www.islamtimes.org/az/news/554982/ilahiyyatçı-zülfüqar-mikayılzadədən-xəbər-var

Islam Times
  https://www.islamtimes.org