QR CodeQR Code

İŞİD-in iraqlı qızcığazı nə üçün yandırdığının üstü açıldı

25 Jul 2016 11:12

IslamTimes - İŞİD terror təşkilatının azyaşlı qızcığaz və onun valideynlərini nə üçün yandıraraq qətlə yetirdiyinin üstü açıldı.


"IslamTimes" Ərəb dilli KİV-ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması İraqın Kərkük vilayətində bir ailənin 3 üzvünü, o cümlədən azyaşlı bir qızcığazı müharibə olan məntəqədən qaçarkən həbs edib və onları yandıraraq dəhşətli şəkildə qətlə yetirib.
Əl-Aləm kanalı bildirib ki, bu ailə Kərkükdən dağlıq bir ərazi ilə Səlahiddin vilayətinə keçmək niyyətində olub. İŞİD isə bir neçə həftə öncədən bu dağlıq əraziyə öz silahlılarını yerləşdirərək, Kərkükü tərk etmək istəyənlərin qətliam edilməsi göstərişini verib. Buna səbəb isə yerli əhalidən qalxan kimi istifadə edilməsidir. İŞİD şəhərlərin dinc sakinlərdən boşalacağı təqdirdə İraq ordusunun daha rahat hava əməliyyatları keçirəcəyini yaxşı bilir. Bu səbəb də insanların şəhəri tərk etməsinə izn vermir.


Story Code: 555228

News Link :
https://www.islamtimes.org/az/news/555228/işid-in-iraqlı-qızcığazı-nə-üçün-yandırdığının-üstü-açıldı

Islam Times
  https://www.islamtimes.org